`Bilmirsiniz, kimə səs verəcəm?!` - Putindən jurnalistlərə


18:20     18 Sentyabr 2016 8b44114c386563311b82796220d0d4351.jpg

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ölkədə keçirilən parlament seçkilərində iştirak edib.

Dövlət başçısı qeydiyyatda olduğunu Lenin prospektindəki Rusiya Elmlər Akademiyasının binasında yerləşən 2151 saylı seçki məntəqəsinə gələrək səsvermə prosesinə qatılıb. V. Putin seçki komissiyasının üzvləri ilə görüşərək pasportunu təqdim edib və seçki bülliteni alaraq səsvermə kabinasına keçib. Daha sonra dövlət başçısı bülliteni səsvermə qutusuna atıb.

Rusiya prezidenti jurnalistlərə açıqlamasında seçki gününü işdə keçirəcəyini söyləyib. Jurnalistlərin kimə səs verməsi ilə bağlı sualına V. Putin belə cavab verib:
"Bəyəm bilmirsinizz, kimə səs verəcəm?".

Femida.az

Açar sözlər:

Oxunub: 1341


Oxşar xəbərlər